Arşavin: "Türkiyə millisinin "play-off"u uğurla keçəcəyinə inanıram"

Arşavin: "Türkiyə millisinin "play-off"u uğurla keçəcəyinə inanıram"
XƏBƏR 14 Oktyabr 2011 / 14:23 1614
-  A +

Rusiya milli komandasının yarımmüdafiəçisi Andrey Arşavin sabiq məşqçisi Quss Hiddinki AÇ-2012-nin final mərhələsində görmək istədiyini bildirib.

Qol.Az-ın məlumatına görə, "Arsenal" klubunun futbolçusu Türkiyə millisinin "play-off" mərhələsini uğurla keçəcəyinə inandığını açıqlayıb:

"Hiddink çox təcrübəli mütəxəssisdir. İnanıram ki, Türkiyə millisi "play-off" mərhələsini uğurla keçəcək. Mən Hiddinki yenidən Avropa çempionatında görmək istəyirəm".

Qeyd edək ki, Arşavin 2008-ci ildə Avstriya və İsveçrədə keçirilən Avropa çempionatında Hiddinklə birgə çalışıb.


Son xəbərlər