Yığmamız "Breşiya" ilə qarşılaşacaq

Yığmamız "Breşiya" ilə qarşılaşacaq
XƏBƏR 14 Oktyabr 2011 / 11:20 1126
-  A +

İtaliyanın Verona şəhərində təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması oktyabrın 15-də yoldaşlıq oyunu keçirəcək.

Qol.Az-ın AFFA-nın saytına istinadən yaydığı məlumata görə, millimiz İtaliyanın «Breşiya» klubunun müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq.

Yoldaşlıq görüşü Bakı vaxtı ilə saat 18:30-da başlayacaq.

Son xəbərlər