UEFA İngiltərə millisini çətin vəziyyətə saldı

UEFA İngiltərə millisini çətin vəziyyətə saldı
XƏBƏR 14 Oktyabr 2011 / 02:14 2030
-  A +

UEFA İngiltərə milli komandasının hücumçusu Ueyn Runini cəzalandırıb.

Qol.Az-ın məlumatına görə, buna səbəb isə futbolçunun AÇ-2012-nin seçmə mərhələsi çərçivəsində Çernoqoriya ilə keçirilən oyunda rəqibinə bilərəkdən xəsarət yetirməsidir.

Həmin oyunu araşdıran UEFA Runiyə 3 oyunluq cəza kəsib. Bu isə o deməkdir ki, "Mançester Yunayted"in hücumçusu Avropa çempionatının qrup mərhələsinin oyunlarında iştirak edə bilməyəcək.  

Belə olan təqdirdə İngiltərə milli komandasının baş məşqçisi Fabio Kapello Runiyə alternativ axtarmaq məcburiyyətində qalacaq.

Qeyd edək ki, Çernoqoriya - İngiltərə oyunu 2:2 hesabı ilə başa çatmışdı.


Son xəbərlər