İlk finalçı məlumdur

XƏBƏR 13 Oktyabr 2011 / 18:57 1902
-  A +

Qadın voleybolçular arasında Qətərin paytaxtı Dohada keçirilən klublararası dünya çempionatında ilk finalçının adına aydınlıq gəlib. Qol.Az-ın məlumatına görə, bu Çempionlar Liqasının son qalibi “Vakıfbank Türk Telekom” (Türkiyə) komandasıdır.

Onlar yarımfinal matçında “Sollis Nestle”ni (Braziliya) 3:0 (25:19, 25:21, 25:19) hesabı ilə məğlub ediblər.

Qeyd edək ki, digər yarımfinal cütündə finala yüksəlmək uğrunda “Rabitə” (Azərbaycan) “Mirador”la (Dominikan Respublikası) mübarizə aparacaq. Bakı klubu qələbə qazanacağı halda, “Vakıfbank TT”-dən Çempionlar Liqasının həlledici görüşündəki məğlubiyyətin qisasını almaq üçün əla şans qazanacaq.


Son xəbərlər