Xorvatiyanın baş məşçisi: “Türkiyədən qisas almaq vaxtımız çatdı”

Xorvatiyanın baş məşçisi: “Türkiyədən qisas almaq vaxtımız çatdı”
XƏBƏR 13 Oktyabr 2011 / 18:02 2356
-  A +

“3 ildir bu günün xəyalı ilə yaşayırdıq. Nəhayət, Türkiyədən qisas almaq vaxtımız çatdı”.

Qol.Az-ın məlumatına görə, bu sözləri Xorvatiya milli komandasının baş məşqçisi Slaven Biliç deyib. Tanınmış mütəxəssis Avro-2012-nin pley-off mərhələsinin bugünkü püşkünə münasibət bildirərək, Türkiyə ilə qarşılaşacaqları üçün sevindiyini bildirib:

“Türkiyə yığması güclü komandadır. Lakin bizdən güclü deyil. Onlar Avro-2008-in final mərhələsində bizim qarşımızı kəsmişdilər. İndi də mümkün rəqiblərimiz arasında ən güclüsü elə Türkiyənin özü idi. Ancaq biz daha güclüyük və kiminlə oynamağımızdan asılı olmayaraq, qalib gəlməliyik”.

Xatırladaq ki, türklər AÇ-2008-in ¼ final mərhələsində Xorvatiya ilə üz-üzə gəlmişdi. Həmin oyunda hesabda geri düşən “ay-ulduzlular” son dəqiqələrdə Semih Şəntürkün qolu ilə oyunu penaltilər seriyasına daşımağa nail olmuşdu. Burada isə rəqibindən daha dəqiq olan Türkiyə millisi adını yarımfinala yaxdırmışdı.

Son xəbərlər