Futbol üzrə 2012-ci il Avropa çempionatında Rusiya milli komandasının kapitanı Andrey Arşavin olacaq.
Qol.Az-ın məlumatına görə, bu barədə “Sovetskiy Sport”a müsahibəsində yığmanın baş məşqçisi Dik Advokat deyib.
İngiltərə “Arsenal”ında çıxış edən hücumçu cari seçmə tsikldə heç bir qol vura bilməyib. Lakin Advokatın fikrincə, Arşavin milli üçün vacib oyunçudur. Baş məşqçi Rusiya yığmasında qapıçı mövqeyi ilə də bağlı mövqeyini açıqlayıb.
O, Ukrayna və Polşada keçiriləcək final mərhələsində “1 nömrə”nin İqor Akinfeyev, yoxsa Vyaçeslav Malafeyev olacağına dair hələ qərar vermədiyini söyləyib. Hollandiyalı mütəxəssisin fikrincə, Malafeyev seçmə turnirin həlledici matçlarında yaxşı çıxış edib.
Qeyd edək ki, Andrey Arşavin ilk dəfə 2007-ci ilin martında əvvəlki baş məşqçi Qus Hiddink tərəfindən Rusiya yığmasının kapitanı təyin olunub. Lakin o, 2008-ci ilin yanvarında “sarğı”dan məhrum edilib və yerinə Sergey Semak təyin olunub. 2009-cu ilin yayında Hiddink Arşavinə kapitanlığı qaytarıb, Advokat isə 30 yaşlı forvardı bu statusda saxlayıb.
“Yuventus”a keçə bilər
“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”
Finlandiya 7 qolla qələbə qazandı
Pokatilovun oynadığı matçda qalib müəyyənləşmədi
Mbappenin durumu bəlli oldu
Millimizin Litva ilə oyunöncəsi son məşqindən - Şəkillər
Məşqçilərlə mübahisə etdi, yığmadan göndərildi
"Real"dan "Liverpul"a keçə bilər
Sloveniya və Şotlandiya xalları bölüşdü
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
İsraillə oyundan imtina edə bilərlər
“Sabah tam hazır şəkildə meydana çıxacağıq” - Mahir Emreli
“Güclü komandaya qarşı oynayacağıq, amma...” - Ayxan Abbasov
"Klub ən azı Premyer Liqadan kənarlaşdırılmalıdır"
Azərbaycan Qran-prisinin qalibi bəlli oldu
Arda Gülər: “Çox məyusuq”
İlham Əliyev və Mehriban Əliyeva Formula 1-i izləyirlər
Zidan Türkiyə üzərində qələbədən danışdı
Gürcüstan millisinin baş məşqçisi istefa verdi
Bugünkü oyunları yayımlayacaq kanallar
“Liverpul”un yeni idman direktoru məlum oldu
Mbappe Türkiyə ilə oyuna görə narazıdır
Azərbaycan millisindən tarixi nailiyyət
“Fənərbaxça”dan transfer qadağası ilə bağlı açıqlama
Norveç Futbol Federasiyası Haalandı jurnalistlərdən “qorudu”
Lukaku ilə Donnarumma arasında qalmaqal – Video
"Zirə" Çempionlar Liqası ilə vidalaşdı
“Qarabağ”ın qapıçısı oynadı, “Sabah”ın müdafiəçisi izlədi
Türkiyə Fransaya, İtaliya Belçikaya uduzdu
Mikels millidə debütunu qolla qeyd etdi