Tevezə 1,5 milyonluq cəza

Tevezə 1,5 milyonluq cəza
XƏBƏR 13 Oktyabr 2011 / 14:45 1846
-  A +

Çempionlar Liqasının “Bavariya” ilə səfər oyununda meydana çıxmadığı üçün ciddi tənqidlərə məruz qalan “Mançester Siti”nin hücumçusu Karlos Tevezin taleyinə aydınlıq gəlib.

Qol.Az-ın məlumatına görə, klub rəhbərliyi argentinalı futbolçunu 1,5 milyon funt məbləğində cərimələyib. Bu isə Tevezin 6 həftə maaş almayacağı deməkdir. Bundan başqa, təcrübəli forvardın daha 6 həftə komandadan kənarlaşdırılması da gündəmdədir.

Xatırladaq ki, Çempionlar Liqasında “Bavariya” ilə Almaniyadakı oyunda Tevez “Mançester Siti”nin start heyətində yer almamışdı. Ona görə də ingilis klubunun baş məşqçisi Roberto Mançini sonradan hücumçunu meydana buraxmaq istəsə də, Tevez bundan imtina etmişdi.

Son xəbərlər