Türk məşçi: “İki arvadım var, ikisini də sevirəm”

Türk məşçi: “İki arvadım var, ikisini də sevirəm”
XƏBƏR 13 Oktyabr 2011 / 14:10 1953
-  A +

Türkiyənin ən çılğın məşqçilərindən hesab olunan Yılmaz Vural ölkə radiolarından birinə maraqlı açıqlamalar verib.

Qol.Az-ın məlumatına görə, təcrübəli çalışdırıcı şəxsi həyatı ilə bağlı bəzi reallıqları üzə çıxarıb. Hazırda iki arvadı olan Vural onları çox sevdiyini və hər ikisinin xoşbəxt olduğunu bildirib:

“İki arvadım var. Biri Almaniyada, digəri isə İstanbulda. Hər ikisi yaxşı qadırndır. Ona görə də onların heç birindən keçə bilmədim. İkisini də çox sevirəm. Bir-birilərini heç vaxt qısqanmazlar. Yaxşı yola gedirlər. Birlikdə gözəl yaşayırıq. Doğuşdan sonra Almaniyadakı arvadım Trükiyədəkinə zəng edərək, onu təbrik etti. Hətta hədiyyə də göndərdi”.

Qeyd edək ki, 58 yaşlı məşqçinin 30 illik arvadı İsmət Vuraldan 25 və 22 yaşlarında iki oğlu var. 10 ildir bir yerdə olduğu sevgilisi Seda Şahin isə 14 ay öncə Vural üçün daha bir oğlan uşağı dünyaya gətirib

Son xəbərlər