Türkiyə milli komandası futbol üzrə 2012-ci il Avropa çempionatının final mərhələsinə vəsiqə qazana bilməsə, baş məşqçi Qus Hiddink istefaya göndəriləcək.
Qol.Az-ın “Habertürk”ə istinadən verdiyi məlumata görə, bu barədə Türkiyə Futbol Federasiyası (TFF) qərar qəbul edib.
Hollandiyalı mütəxəssis mentaliteti və iş sistemi ilə əlaqədar tez-tez tənqid olunur. O, komandanın göstərdiyi pis oyunun günahkarı kimi göstərilir. TFF rəhbərliyi “ay-ulduzlular”ın hazırkı oyunundan narahatdır. Hiddinkin özü mümkün istefası ilə bağlı bunları deyib: “Bəlkə də doğru yerdə yanlış insanam. İstefa və ya davam qərarı “pley-off” matçlarından sonra dəyərləndiriləcək məsələlərdir”.
65 yaşlı mütəxəssis ildə 5 milyon avro qazanır. Onun hazırkı müqaviləsi 2012-ci ilin avqustunda başa çatacaq. Avropa çempionatına yüksəlmək üçün “pley-off” mərhələsini də keçmək lazımdır. Həmin rəqib oktyabrın 13-də Polşanın Krakov şəhərində atılacaq püşk nəticəsində müəyyənləşəcək. Oyunlar 11-12 noyabr və 15 noyabr tarixlərində olacaq. Hətta çempionatın final mərhələsinə qatılsalar belə, TFF gələn ilin avqustunda anlaşmanı daha 2 il uzatma səlahiyyətindən yararlanmaq niyyətində deyil.
Türkiyə millisi çempionatdan kənarda qalacağı halda, Hiddinkə təzminat ödəniləcək və o, istefaya göndəriləcək. Yeni baş məşqçinin isə Abdullah Avcı və ya Ərtuğrul Sağlam olacağı gözlənilir.
“Yuventus”a keçə bilər
“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”
Finlandiya 7 qolla qələbə qazandı
Pokatilovun oynadığı matçda qalib müəyyənləşmədi
Mbappenin durumu bəlli oldu
Millimizin Litva ilə oyunöncəsi son məşqindən - Şəkillər
Məşqçilərlə mübahisə etdi, yığmadan göndərildi
"Real"dan "Liverpul"a keçə bilər
Sloveniya və Şotlandiya xalları bölüşdü
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
İsraillə oyundan imtina edə bilərlər
“Sabah tam hazır şəkildə meydana çıxacağıq” - Mahir Emreli
“Güclü komandaya qarşı oynayacağıq, amma...” - Ayxan Abbasov
"Klub ən azı Premyer Liqadan kənarlaşdırılmalıdır"
Azərbaycan Qran-prisinin qalibi bəlli oldu
Arda Gülər: “Çox məyusuq”
İlham Əliyev və Mehriban Əliyeva Formula 1-i izləyirlər
Zidan Türkiyə üzərində qələbədən danışdı
Gürcüstan millisinin baş məşqçisi istefa verdi
Bugünkü oyunları yayımlayacaq kanallar
“Liverpul”un yeni idman direktoru məlum oldu
Mbappe Türkiyə ilə oyuna görə narazıdır
Azərbaycan millisindən tarixi nailiyyət
“Fənərbaxça”dan transfer qadağası ilə bağlı açıqlama
Norveç Futbol Federasiyası Haalandı jurnalistlərdən “qorudu”
Lukaku ilə Donnarumma arasında qalmaqal – Video
"Zirə" Çempionlar Liqası ilə vidalaşdı
“Qarabağ”ın qapıçısı oynadı, “Sabah”ın müdafiəçisi izlədi
Türkiyə Fransaya, İtaliya Belçikaya uduzdu
Mikels millidə debütunu qolla qeyd etdi