Milli komandada baş məşqçi dəyişikliyi

Milli komandada baş məşqçi dəyişikliyi
XƏBƏR 12 Oktyabr 2011 / 18:58 3220
-  A +

Litva millisinin baş məşqçisi Raymond Jutautas istefa verib.

Qol.Az-ın məlumatına görə, buna komandanın seçmə mərhələdə uğursuz çıxışı səbəb olub. Jutautas yığmadan ayrılmaq qərarını bu cür izah edib:

“Biz seçmə mərhələdə hədəflədiyimiz xalı qazana bilmədik. Mən bütün futbolçulara təşəkkür etmək istəyirəm. Çünki hamı əlindən gələni etdi. Azarkeşlərə də minnətdarlığımı bildirirəm ki, çətin vaxtlarda belə bizi dəstəklədilər.

Baş məşqçi kimi üzərimə düşən vəzifəni yerinə yetirə bilmədim. Ona görə də yığmadan gedirəm. Komandaya gələcək oyunlarda uğurlar arzulayıram”.

Son xəbərlər