“İnter”in futbolçusu milli karyerasını başa vurdu

“İnter”in futbolçusu milli karyerasını başa vurdu
XƏBƏR 12 Oktyabr 2011 / 18:12 1670
-  A +

Serbiya millisi və “İnter”in yarımmüdafiəçisi Deyan Stankoviç yığma karyerasını başa vurduğunu açıqlayıb.

Qol.Az-ın məlumatına görə, 33 yaşlı futbolçu dünən Avro-2012-nin seçmə mərhələsində səfərdə Sloveniya seçməsinə məğlubiyyətdən sonra bu addımı atıb.

Matçdan dərhal sonra açıqlama verən təcrübəli oyunçu milli komandadakı çıxışlarını başa vurduğunu bildirib: “Milli komandam üçün kifayət qədər oynamışam. Bundan sonra isə diqqətimi klubuma yönəltmək istəyirəm”.

Qeyd edək ki, Stankoviç yığmanın heyətində 102 oyun keçirib.

Son xəbərlər