Almaniya mətbuatı: “Özil sözünə əməl etdi”

Almaniya mətbuatı: “Özil sözünə əməl etdi”
XƏBƏR 12 Oktyabr 2011 / 17:37 2150
-  A +

Almaniya mətbuatı dünən Bundestimin Belçika üzərində qələbəsinə geniş yer ayırıb. Qol.Az-ın məlumatına görə, kütləvi informasiya vasitələri daha çox Mesut Özilin Türkiyəyə verdiyi sözə əməl etməsindən bəhs edən yazılar dərc edib.

Ölkədə nəşr olunan məşhur “Bild” qəzeti “Türklər öz “Özil”ini qeyd edir” başlıqlı yazı ilə diqqət çəkib. Yazıda maraqlı məqamlara toxunulub: “Özil verdiyi sözə əməl etdi. Almaniyanın Belçikanı 3:1 hesabı ilə məğlub etdiyi görüşdə 1 qol vuran türk əsilli yarımmüdafiəçi digər iki qolun vurulmasında da yaxından iştirak etdi. Bu gün Türkiyə öz “Özil”ini bayram edir”.

Bundan başqa, mətbu orqan Belçikaya vurduğu qoldan sonra türkiyəli fanatların “Türk Telekom Arena”da “Özil”, “Özil” şüarları səsləndirdiklərindən də bəhs edib.

Xatırladaq ki, Türkiyənin almanlara öz meydanında 1:3 hesablı məğlubiyyətindən sonra Özil türk futbolçuların paltardəyişmə otağına daxil olaraq, onlara dəstək olmuş və Belçikanı məğlub edib, “ay-ulduzlular”ın “play-off”a yolunu açacaqlarını söyləmişdi.

Son xəbərlər