Seçmə mərhələnin bombardiri müəyyənləşdi

Seçmə mərhələnin bombardiri müəyyənləşdi
XƏBƏR 12 Oktyabr 2011 / 14:05 1490
-  A +

Avro-2012-nin seçmə mərhələsinin ən məhsuldar futbolçusu müəyyənləşib.

Qol.Az-ın məlumatına görə, bu ada Hollandiya millisnin hücumçusu Klas-Yan Huntelaar layiq görülüb. 10 oyunun hamısında meydana çıxan forvard 12 dəfə fərqlənib.

İkinci yeri aktivində 9 qol olan Almaniya seçməsinin hücumçusu Miroslav Kloze tutub. Üçüncü və dördüncü yerləri isə ispaniyalı David Vilya və finlandiyalı Mikael Forsell bölüşür. Hər iki hücumçu rəqib qapılarına 7 dəfə yol tapıblar.


Son xəbərlər