"Azərbaycanla oyun heç də asan olmadı"

"Azərbaycanla oyun heç də asan olmadı"
XƏBƏR 12 Oktyabr 2011 / 02:25 1720
-  A +

"Bu oyuna 3 xal üçün çıxmışdıq. Həm Almaniya, həm də Türkiyənin qələbə qazanacağı gözlənilən idi".

Qol.Az-ın məlumatına görə, bu sözləri Türkiyə Futbol Federasiyasının milli komandalar üzrə idarə heyətinin üzvü Cüneyt Tanman deyib.

Tanman daha sonrakı fikirlərində Azərbaycanla oyunun heç də asan keçmədiyini bildirib: "Azərbaycanla oyun heç də asan olmadı. Almaniyaya məğlubiyyətdən sonra komandada psixoloji gərginlik var idi.

Rəqib tamamilə öz qapısına qapanmışdı. Bu da qol vurmağımıza mane olurdu. Bununla belə, ikinci hissədə istədiyimiz qolu vura bildik. Artıq "play-off" haqda düşünürük". 


Son xəbərlər