Aleksandr Səmədov darmadağında 10 dəqiqə oynadı

XƏBƏR 12 Oktyabr 2011 / 01:47 1821
-  A +

Slovakiya ilə oyunda Rusiya yığmasının heyətində debüt edən həmyerlimiz Aleksandr Səmədov ötən gün ikinci görüşünə çıxıb.

Qol.Az-ın məlumatına görə, Rusiyanın Andorranı 6:0 hesabı ilə darmadağın etdiyi görüşdə Səmədov cəmi 10 dəqiqə oynayıb.

Matçın 80-ci dəqiqəsində meydana daxil olan futbolçu komandasının böyükhesablı qələbəsində iştirak edib.

Qeyd edək ki, bu qələbə ilə Rusiya yığması Avropa çempionatının final mərhələsinə birbaşa vəsiqə qazanıb.


Dünya Çempionatı 2026
Son xəbərlər
topaz banner