Burak Yılmaz millimiz üzərindəki qələbədən danışdı

Burak Yılmaz millimiz üzərindəki qələbədən danışdı
XƏBƏR 12 Oktyabr 2011 / 00:51 1995
-  A +

“İlk hissədə çox stressli çıxış etdik. Fasilədə Almaniyanın qələbə qazandığını biləndə rahatladıq. Azərbaycan millisi öz cərimə meydançasından çıxmadı. Bütün komanda ilə müdafiədə oturmuşdu. Bu səbəbdən qol epizodları yaratmaqda çətinlik çəkirdim. Əlimə bir imkan düşdü və bundan lazımınca istifadə etdim”.

Qol.Az-ın məlumatına görə, bu sözləri millimizlə oyundan sonra Türkiyə yığmasının hücumçusu Burak Yılmaz deyib.

Yılmaz daha sonra artıq bütün fikirlərini “pley-off”a yönəntdiklərini bildirib: “Komandamızın zamanla daha da inamlı çıxış edəcəyinə inanıram. Səlçuk İnanın oyuna daxil olmasından sonra komandamızda canlanma əmələ gəldi. Səlçukla bir vaxtlar eyni komandada çıxış etmişik. Mənim oyunumu yaxşı bilir. Məhz bu səbəbdən mənə gözəl ötürmə verdi və mən də komandamın qələbə topunu vurdum”.

Son xəbərlər