“Öncə Türkiyə yığmasını pley-off mərhələsinə çıxması münasibətilə təbrik edirəm. Rəqib təzyiq altında olsa da, öz işini görüb, qələbə qazandı”. Qol.Az-ın məlumatına görə, bu sözləri Azərbaycan yığmasının baş məşqçisi Berti Foqts deyib.
Millimiz AÇ-2012-nin seçmə qrup mərhələsi çərçivəsində İstanbulda sonuncu matçına çıxdı. “Türk Telekom Arena”da baş tutan qarşılaşmada buraxılan 1 qolla uduzan komandamızın almaniyalı çalışdırıcı oyun sonrası mətbuat konfransında yığmamızın belə rəqibə qarşı yaxşı oynadığını bildirib:
“Belə azarkeş dəstəyi altında komandamız yaxşı oynadı. Kompakt oynayırdıq. Amma ötürmələrdə yanlışlığa yol verdirdik. Ümumilikdə, komandamdan razıyam. Yalnız ondan narazı qaldım ki, əks hücumlara atılıb qol vura bilmədik”.
Foqts daha sonra etdiyi əvəzetmələrə aydınlıq gətirib: “Əfran İsmayılov ilk yarıda özünü göstərə bilmədi. Ona görə də, onu Elşənlə əvəzlədim. Təəssüf ki, Elşən də heç nə ilə yadda qalmadı. Mən bu seçmə mərhələdən razı qalmadım. Çoxlu səhvlərə yol verdik. Arzu edirəm ki, bizim dostlarımız olan Türkiyə yığmasını final mərhələsində görəcəyik.
Məğlub olmuşuqsa, deməli, komandada problem var. Amma mən uduzmağı sevmirəm. Öz səhvimizdən qol buraxmışıq, gələcəkdə bunu aradan qaldırmağa çalışacağıq”.
“Yuventus”a keçə bilər
“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”
Finlandiya 7 qolla qələbə qazandı
Pokatilovun oynadığı matçda qalib müəyyənləşmədi
Mbappenin durumu bəlli oldu
Millimizin Litva ilə oyunöncəsi son məşqindən - Şəkillər
Məşqçilərlə mübahisə etdi, yığmadan göndərildi
"Real"dan "Liverpul"a keçə bilər
Sloveniya və Şotlandiya xalları bölüşdü
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
İsraillə oyundan imtina edə bilərlər
“Sabah tam hazır şəkildə meydana çıxacağıq” - Mahir Emreli
“Güclü komandaya qarşı oynayacağıq, amma...” - Ayxan Abbasov
"Klub ən azı Premyer Liqadan kənarlaşdırılmalıdır"
Azərbaycan Qran-prisinin qalibi bəlli oldu
Arda Gülər: “Çox məyusuq”
İlham Əliyev və Mehriban Əliyeva Formula 1-i izləyirlər
Zidan Türkiyə üzərində qələbədən danışdı
Gürcüstan millisinin baş məşqçisi istefa verdi
Bugünkü oyunları yayımlayacaq kanallar
“Liverpul”un yeni idman direktoru məlum oldu
Mbappe Türkiyə ilə oyuna görə narazıdır
Azərbaycan millisindən tarixi nailiyyət
“Fənərbaxça”dan transfer qadağası ilə bağlı açıqlama
Norveç Futbol Federasiyası Haalandı jurnalistlərdən “qorudu”
Lukaku ilə Donnarumma arasında qalmaqal – Video
"Zirə" Çempionlar Liqası ilə vidalaşdı
“Qarabağ”ın qapıçısı oynadı, “Sabah”ın müdafiəçisi izlədi
Türkiyə Fransaya, İtaliya Belçikaya uduzdu
Mikels millidə debütunu qolla qeyd etdi