Hacı: “Aleksi mənimlə müqayisə etmək gülməlidir”

Hacı: “Aleksi mənimlə müqayisə etmək gülməlidir”
XƏBƏR 11 Oktyabr 2011 / 15:02 1776
-  A +

Rumıniya yığmasının və “Qalatasaray”ın əfsanəsi Georgi Hacı “Fənərbaxça”nın kapitanı Aleks de Souza ilə müqayisə olunmasına münasibət bildirib.

Qol.Az-ın Türkiyə mətbuatına istinadən yaydığı məlumata görə, veteran futbolçu braziliyalı pleymeykerin onunla müqayisə oluna bilməyəcəyini söyləyib. Hacı bu müqayisəni edənlərə belə cavab verib:

“Aleksi mənimlə müqayisə edənlər ikimizin də SV-mizə diqqətlə baxsınlar. Avropada onu kim tanıyır? Ancaq Hacı deyəndə, hamı kim olduğunu bilir. Aleks yaxşı futbolçudur. “Fənər”ə çox qələbələr qazandırıb. Ancaq Türkiyədə.

Onun oynadığı ən böyük komanda “Fənərbaxça”dır. Mən isə “Real” və “Barselona”da çıxış etdim. Aleksi mənimlə müqayisə etmək gülməlidir”.

Son xəbərlər