Oktyabrın 13-dən 16-dək Rusiyanın Sankt-Peterburq şəhərində ənənəvi beynəlxalq “Young Talents Cup 2011” turniri keçiriləcək.
Qol.Az-ın məlumatına görə, bir çox ölkə təmsilçilərinin iştirak edəcəyi turnirdə Azərbaycandan “Qəbələ” klubunun yeniyetmə futbolçuları da mübarizə aparacaqlar. Turnirdə 11 yaşlı futbolçulardan ibarət komandalar iştirak edir.
Bununla 8-ci dəfədir təşkil olunan yarışa bu dəfə 18 komanda dəvət alıb. Komandalar hər birində 6 kollektiv olmaqla 3 qrupda mübarizəyə başlayacaq. “Qəbələ” “B” qrupunda “Zenit” (Sankt-Peterburq, Rusiya), “Slovan” (Bratislava, Slovakiya), “Kapillan Pollo” (Helsinki, Finlandiya), “Vityaz” (Podolsk, Rusiya) və Yuri Konoplyov adına Futbol Akademiyasını (Tolyatti, Rusiya) təmsil edən komanda yarışacaq.
Oyunlar “Nova Arena” adlı stadionda baş tutacaq. Qrup mərhələsinin oyunları dairəvi sistemlə keçiriləcək. Qruplarda ilk iki yeri tutan komandalar, eləcə də, ən yaxşı nəticə göstərən 2 kollektiv final mərhələsində yarışmaq hüququ əldə edəcək.
“Qəbələ” “Young Talents Cup 2011” turnirində bu heyətlə təmsil olunacaq: Məhəmməd Abbaslı, Ruslan Həsənov, Sərxan Osmanov, Cahid Həsənzadə, Bəşir Aylarov, Rəvan Camalov, Təbriz İsazadə, İzzət Müştaqov, Salman Ələskərov, Nizami Səmədov, Tolqar Yaqubov, Elməddin Sultanov, Vüsal Məsimov, Fikrət Tağıyev.
Qəbələ Futbol Akademiyasının direktoru Əli Yavaş, onun müavini Nail Kərimov, habelə məşqçilərdən Rəcəp Yazıçı, Kurt Uğur, Anar Surxayev və həkim Şabaddin Məmmədov da nümayəndə heyətinin tərkibində olacaqlar.
“Yuventus”a keçə bilər
“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”
Finlandiya 7 qolla qələbə qazandı
Pokatilovun oynadığı matçda qalib müəyyənləşmədi
Mbappenin durumu bəlli oldu
Millimizin Litva ilə oyunöncəsi son məşqindən - Şəkillər
Məşqçilərlə mübahisə etdi, yığmadan göndərildi
"Real"dan "Liverpul"a keçə bilər
Sloveniya və Şotlandiya xalları bölüşdü
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
İsraillə oyundan imtina edə bilərlər
“Sabah tam hazır şəkildə meydana çıxacağıq” - Mahir Emreli
“Güclü komandaya qarşı oynayacağıq, amma...” - Ayxan Abbasov
"Klub ən azı Premyer Liqadan kənarlaşdırılmalıdır"
Azərbaycan Qran-prisinin qalibi bəlli oldu
Arda Gülər: “Çox məyusuq”
İlham Əliyev və Mehriban Əliyeva Formula 1-i izləyirlər
Zidan Türkiyə üzərində qələbədən danışdı
Gürcüstan millisinin baş məşqçisi istefa verdi
Bugünkü oyunları yayımlayacaq kanallar
“Liverpul”un yeni idman direktoru məlum oldu
Mbappe Türkiyə ilə oyuna görə narazıdır
Azərbaycan millisindən tarixi nailiyyət
“Fənərbaxça”dan transfer qadağası ilə bağlı açıqlama
Norveç Futbol Federasiyası Haalandı jurnalistlərdən “qorudu”
Lukaku ilə Donnarumma arasında qalmaqal – Video
"Zirə" Çempionlar Liqası ilə vidalaşdı
“Qarabağ”ın qapıçısı oynadı, “Sabah”ın müdafiəçisi izlədi
Türkiyə Fransaya, İtaliya Belçikaya uduzdu
Mikels millidə debütunu qolla qeyd etdi