Mourinyonun sehrli ayı

Mourinyonun sehrli ayı
XƏBƏR 11 Oktyabr 2011 / 14:38 1520
-  A +

Hər ilin oktyabrı “Real”ın baş məşqçisi Joze Mourinyonun sehrli ayı hesab olunur. Qol.Az-ın məlumatına görə, portuqaliyalı mütəxəssisin indiyə qədər çalışdırdığı heç bir klub oktyabr ayı ərzində məğlub olmayıb.

Mouruinyonun başçılıq etdiyi bütün komandalar indiyə qədər oktyabr ayında 33 oyun keçiriblər. Bu matçlarda 26 qələbə əldə edən portuqaliyalı 7 dəfə də meydandan heç-heçə ilə ayrılıb.

Xatırladaq ki, təcrübəli məşqçi bu ayda sonuncu məğlubiyyətini 2004-cü ildə “Çelsi”nin sükanı arxasında olarkən “Mançester Siti” ilə səfər oyununda almışdı.

Son xəbərlər