“Fənərbaxça”nın taleyinin həll olunacağı tarix müəyyənləşdi

“Fənərbaxça”nın taleyinin həll olunacağı tarix müəyyənləşdi
XƏBƏR 11 Oktyabr 2011 / 13:53 1631
-  A +

Oyun alqı-satqısı ilə bağlı istintaqı aparan müstəntiq Mehmet Berk adı danışılmış oyunlara qarışan klublarla bağlı qərarın veriləcəyi tarixi açıqlayıb.

Qol.Az-ın məlumatına görə, günahkar qismində olan klubların və şəxslərin taleinə 20 gündən sonra aydınlıq gələcək.

3 aydır iddianamənin üzərində işləyən Berk onun 20 gün ərzində hazır olacağını bildirib. Bundan sonra isə sənədlər toplusu məhkəməyə təqdim olunacaq. İddianaməyə uyğun olaraq məhkəmə şübhəli şəxslərlə bağlı yekun qərarını verəcək.

Qeyd edək ki, bu qərarı daha çox “Fənərabxça” klubu gözləyir. Çünki komanda danışılmış oyunlara görə, həm Çempionlar Liqasından kənarlaşdırılıb, həm də prezidenti və bir neçə rəsmisi həbsxanaya salınıb.

Son xəbərlər