"Qalatasaray"ın sabiq futbolçusu saxlanıldı

XƏBƏR 11 Oktyabr 2011 / 13:44 1522
-  A +

"Qalatasaray"ın sabiq futbolçusu Xuan Pablo Pino İslam polisi tərəfindən saxlanılıb.

Qol.Az-ın məlumatına görə, buna kolumbiyalı futbolçunun qolundakı döymələri səbəb olub.

Hazırda karyerasını Səudiyyə Ərəbistanının "Əl Nəsr" klubunda davam etdirən Pino qısa qol köynək geydiyi üçün döymələri görünüb və bu polisin diqqətini cəlb edib.

Həyat yoldaşı ilə birgə polis bölməsinə aparılan Pino klub rəsmilərinin müdaxiləsindən sonra sərbəst buraxılıb. Futbolçunun qolunda İsa peyğəmbəri xatırladan şəkillərin olduğuna görə saxlanıldığı bildirilir.

Qeyd edək ki, Səudiyyə Ərəbistanında qolunda döymə olan hər bir kəs uzunqollu köynək geyinmək məcburiyyətindədir.  


Son xəbərlər