AFFA Vaqif Cavadovu cəzalandırmağa hazırlaşır

XƏBƏR 11 Oktyabr 2011 / 12:52 1668
-  A +

AFFA-nın İntizam Komitəsi Vaqif Cavadovun milli komandadan ayrılmasına hüquqi qiymət verəcək.

Qol.Az-ın AFFA-nı saytına istinadən yaydığı xəbərə görə, İK-in bu gün çıxardığı qərarda deyilir ki, «Avro-2012»nin seçmə mərhələsi çərçivəsində keçirilən Azərbaycan - Avstriya oyunundan sonra heç bir səbəb göstərmədən milli komandadan ayrılan Vaqif Cavadovun məsələsinə komandanın toplanışı başa çatandan sonra baxılacaq.

«İntizam Komitəsi bu məsələ ilə bağlı milli komandanın baş inzibatçısının tam məlumatını aldıqdan sonra öz qərarını verəcək» - deyə məlumatda bildirilib.


Son xəbərlər