Türkiyə millimizə qarşı bu heyətlə oynaya bilər

Türkiyə millimizə qarşı bu heyətlə oynaya bilər
XƏBƏR 11 Oktyabr 2011 / 12:45 1509
-  A +

Avro-2012-nin seçmə mərhələsində bu gün millimizlə qarşılaşacaq Türkiyə seçməsinin hücum futbolu oynayacağı gözlənilir.

Qol.Az-ın Türkiyə mətbuatına istinadən yaydığı məlumata görə, “ay-ulduzlular”ın baş məşqçisi Quus Hiddink Almaniya ilə matçdakı start heyətdə bəzi dəyişikliklər edəcək.

Holland mütəxəssisin müdafiədə Sərvət Çətinin əvəzinə Gökhan Zan və ya Ömər Toprakı ilk dəqiqələrdən meydana buraxacağı söylənilir. Ötən qarşılaşmada zədəli olduqları üçün oynaya bilməyən Əmrə Bəlözoğlu, Mehmet Topalın da bugünkü görüşdə start heyətdə yer alacağını gözləmək olar. Eyni zamanda Kazım Kazım da Hiddink ilk “11”likdə düşündüyü futbolçulardandı.

Türkiyə millisinin ehtimal olunan start heyəti isə belədir:

Qapıçı: Sinan Bolat
Müdafiəçilər: Gökhan Gönül, Gökhan Zan, Egemen Qorxmaz, Hakan Kadir Balta
Yarımmüdafiəçilər: Mehmet Topal, Əmrə Bəlözoğlu, Hamit Altıntop, Arda Turan
Hücumçular: Burak Yılmaz, Kazım Kazım

Son xəbərlər