Arda Turan: “Hiddinklə problemim yoxdur”

Arda Turan: “Hiddinklə problemim yoxdur”
XƏBƏR 11 Oktyabr 2011 / 12:29 1174
-  A +

Türkiyə millisinin yarımmüdafiəçisi Arda Turan komandanın baş məşqçisi Quus Hiddinklə aralarında problem olduğu ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Qol.Az-ın məlumatına görə, İspaniyanın məşhur “AS” qəzetinə açıqlama verən ulduz futbolçu holland çalışdırıcı ilə münasibətlərinin normal olduğunu bildirib. Arda Hiddinklə heç bir problem yaşamadığını söyləyib:

“Hiddinklə aramızda heç bir problem yoxdur. Mən baş məşqçiyə qarşı hörmətsizlik etməmişəm. Meydandan çıxandan sonra mən paltardəyişmə otağına getmək istədim. Hiddink isə ehtiyat oyunçular skamyasında oturmağımı istədi.

Açığı, komandamız məğlub olduğu üçün bir az hirsli idim. Ona görə də Hiddink məni əvəzləyəndə, bunun səbəbini soruşdum. O da bunu mənim zədələnməməyim və vərəqə görməməyim üçün etdiyini söylədi. Bundan sonra rahatladım”.

Qeyd edək ki, Almaniya ilə oyunun ikinci hissəsində Hiddink Ardanı əvəzləyərkən baş məşqçi ilə futbolçu arasında kiçik qalmaqal yaşanmışdı

Son xəbərlər