“Azərbaycan millisinin Belçika və Qazaxıstan yığmaları ilə oyunlarda qazandıqları yaxşı nəticədən sonra belə böyük hesabla məğlub olacağını gözləmirdim”.
Bu sözləri Qol.Az-ın müxbiri ilə söhbətində “Sumqayıt Şəhər” klubunun futbolçusu Mahmud Qurbanov millimizin Avstriya ilə oyununu şərh edərkən deyib.
Milli komandamızın oyununu dəyərləndirən veteran futbolçu qırmızı vərəqə alaraq meydanda az qalmalarına baxmayaraq, futbolçularımızda qələbə qazanmaq istəyinin olmadğını deyib:
“Məncə, doğma azarkeşlər qarşısında belə böyükhesablı məğlub olmaq gözlənilməz oldu. Bu hesabla səfərdə uduzsaydıq, adama o qədər də pis təsir etməzdi. Futbolçularımızın hamısı potensiallarından aşağı səviyyədə çıxış etdi. Bəlkə də həmin görüşdəki məğlubiyyətin səbəbi futbolçuların oyuna bir qədər arxayın çıxmaları idi”.
Oktyabrın 11-də keçiriləcək Türkiyə ilə oyuna da toxunan Mahmud Qurbanov bildirib ki, qardaş ölkə hələ də Avropanın final mərhələsinə vəsiqə qazanacağına ümid edir: “Buna görə də onlara yalnız qələbə sərf edir. Düşünürəm ki, millimizi çətin oyun gözləyir. Lakin bütün bunlara baxmayaraq, uşaqlar Türkiyə ilə matçda Avstriya məğlubiyyətini unutdurmağa çalışmalıdırlar”.
Avstriya yığması ilə oyundan sonra milli komandada çıxış etməkdən imtina edən Vaqif Cavadov haqda da fikirlərini bildirən Azərbaycan yığmasının keçmiş üzvü bu addıma çox pis baxdığını söyləyib:
“Əgər futbolçu milli komandanın formasını geyinibsə, deməli, onun şərəfi naminə çıxış edir. Heç nədən və ya hansısa məşqçiyə görə milliyə arxa çevirməzlər. Çox futbolçular olub ki, məşqçiləri ilə yola getməyib. Bu ona əsas vermir ki, yığmadan üz döndərəsən”.
“Yuventus”a keçə bilər
“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”
Finlandiya 7 qolla qələbə qazandı
Pokatilovun oynadığı matçda qalib müəyyənləşmədi
Mbappenin durumu bəlli oldu
Millimizin Litva ilə oyunöncəsi son məşqindən - Şəkillər
Məşqçilərlə mübahisə etdi, yığmadan göndərildi
"Real"dan "Liverpul"a keçə bilər
Sloveniya və Şotlandiya xalları bölüşdü
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
İsraillə oyundan imtina edə bilərlər
“Sabah tam hazır şəkildə meydana çıxacağıq” - Mahir Emreli
“Güclü komandaya qarşı oynayacağıq, amma...” - Ayxan Abbasov
"Klub ən azı Premyer Liqadan kənarlaşdırılmalıdır"
Azərbaycan Qran-prisinin qalibi bəlli oldu
Arda Gülər: “Çox məyusuq”
İlham Əliyev və Mehriban Əliyeva Formula 1-i izləyirlər
Zidan Türkiyə üzərində qələbədən danışdı
Gürcüstan millisinin baş məşqçisi istefa verdi
Bugünkü oyunları yayımlayacaq kanallar
“Liverpul”un yeni idman direktoru məlum oldu
Mbappe Türkiyə ilə oyuna görə narazıdır
Azərbaycan millisindən tarixi nailiyyət
“Fənərbaxça”dan transfer qadağası ilə bağlı açıqlama
Norveç Futbol Federasiyası Haalandı jurnalistlərdən “qorudu”
Lukaku ilə Donnarumma arasında qalmaqal – Video
"Zirə" Çempionlar Liqası ilə vidalaşdı
“Qarabağ”ın qapıçısı oynadı, “Sabah”ın müdafiəçisi izlədi
Türkiyə Fransaya, İtaliya Belçikaya uduzdu
Mikels millidə debütunu qolla qeyd etdi