"İlk hissədə Azərbaycan yığması çox yaxşı oynadı"

"İlk hissədə Azərbaycan yığması çox yaxşı oynadı"
XƏBƏR 11 Oktyabr 2011 / 00:03 1302
-  A +

21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində "Dalğa Arena"da keçirilmiş Azərbaycan – Belçika oyunundan sonra təşkil olunmuş mətbuat konfransında hər iki komandanın baş məşqçisi fikirlərini bölüşüb.

Qol.Az-ın məlumaına görə, millimizlə 2:2-lik bərabərə qalan Belçika yığmasının baş məşqçisi Franki Dyuri oyunla bağlı bunları deyib:

"Birinci hissədə Azərbaycan yığması çox yaxşı oynadı. Topsuz qaldığımız üçün yalnız müdafiə barədə düşünməyə məcbur idik. Bunun nəticəsində 2 qol buraxdıq.
 
Ancaq fasilədən sonra oyuna nəzarəti ələ keçirməyə çalışdıq və hesabı bərabərləşdirdik. Futbolçularım daha sürətli oynasaydılar, bəlkə də nəticə başqa cür ola bilərdi".


Dünya Çempionatı 2026
Son xəbərlər
topaz banner