Bekkenbauer: “Messinin varlığı “Barsa”nı daha güclü edir”

Bekkenbauer: “Messinin varlığı “Barsa”nı daha güclü edir”
XƏBƏR 10 Oktyabr 2011 / 17:29 1793
-  A +

Alman futbolunun əfsanəsi Frans Bekkenbauer hazırda dünyanın ən güclü komandası olan “Barselona”ya tərif yağdırıb. Qol.Az-ın məlumatına görə, veteran futbolçu Kataloniya klubunun İspaniya yığmasından üstün olduğunu bildirib.

Bekkenbauerin fikrincə, Messinin varlığı “Barselona”nı daha güclü edir: “Barselona” artıq öz oyun üslubunu tapıb. Heç bi rəqibə fərq qoymadan mükəmməl futbol sərgiləyirlər. Məncə, hazırda “Barsa” İspaniya yığmasından güclüdür ki, bunun da başlıca səbəbi Messidir”.

Bekkenbauer Avro-2012-nin final mərhələsində hansı komandanın çempionluğa daha real namizəd olduğunu da açıqlayıb: “Heç şübhəsiz, Avropa çempionatının favoriti İspaniya millisidir. Almanlar da qısa vaxt ərzində xeyli “artırıblar”. Bunlardan başqa, çempionatda Fransa seçməsindən də sürpriz gözləməyə dəyər”.


Son xəbərlər
30.12.25  16:04

Pedri hazırdır