"Neftçi" yoxlama görüşü keçirəcək

XƏBƏR 10 Oktyabr 2011 / 16:47 1261
-  A +

Premyer Liqanın IX turunda "İnter"lə qarşılaşacaq "Neftçi" klubu bu oyunun hazırlıqlarını davam etdirir.

Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, komanda üzvləri bu gün səhər saatlarında klubun bazasındakı meydançada məşq keçiblər.

Böyükağa Hacıyevin komandası sabah yoxlama görüşü keçirəcək. Əvəzedici heyətlə Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq oyun saat 16:00-da start götürəcək.

Qeyd edək ki, Premyer Liqanın IX turunun "Neftçi" - "İnter" matçı oktyabrın 16-da keçiriləcək.


Son xəbərlər
30.12.25  16:04

Pedri hazırdır