Berti Foqts: “İstanbulda sensasiyaya imza ata bilərik”

Berti Foqts: “İstanbulda sensasiyaya imza ata bilərik”
XƏBƏR 10 Oktyabr 2011 / 16:29 2396
-  A +

“Sözsüz ki, sabahkı oyunda özümüzü müsbət tərəfdən göstərməyə çalışacağıq. Sübut edəcəyik ki, həqiqətən də Azərabaycan futbolu hansı səviyyədədir və biz də bu oyunu oynamağı bacarırıq”.

Qol.Az-ın məlumatına görə, bu sözləri Türkiyə yığması ilə oyunöncəsi təşkil olunmuş mətbuat konfransında milli komandamızın baş məşqçisi Berti Foqts deyib. Alman çalışdırıcı sabahkı qarşılaşmada sensasiyaya imza atmaq istədiklərini bildirib:

“Düzdür, sabahkı oyunda şansımız azdır. Ancaq Türkiyənin də zəif tərəfləri var. Onlardan istifadə edə bilsək, İstanbulda sensasiyaya imza ata bilərik. Sabah Almaniya - Belçika oyunu da var. Həmin görüş heç-heçə davam etdiyi müddətcə, türklər təzyiq altında olacaqlar. Bundan maksimum istifadə etməyə çalışacağıq”.

Son xəbərlər
30.12.25  16:04

Pedri hazırdır