"Çelsi"nin ulduzu "Bavariya"nın hədəfində

"Çelsi"nin ulduzu "Bavariya"nın hədəfində
XƏBƏR 10 Oktyabr 2011 / 16:07 1662
-  A +

"Çelsi"nin ulduz oyunçusu Didye Droqba karyerasını Almaniya Bundesliqasında davam etdirə bilər.

Qol.Az-ın məlumatına görə, 33 yaşlı futbolçu ilə "Bavariya" klubu yaxından maraqlanır.

Münhen təmsilçisi mövsümün sonunda "Çelsi" ilə müqaviləsi başa çatacaq futbolçunu heç bir təzminat ödəmədən heyətinə qatmaq fikrindədir.

Fernando Torresin komandaya gəlişi ilə əsas heyətdəki yerini itirən Droqbanın "Çelsi"dən ayrılacağı bildirilir.

Qeyd edək ki, Droqba 2004-cü ildə 24 milyon funt-sterlinq müqabilində "Marsel"dən "Çelsi"yə transfer olunmuşdu.


Son xəbərlər