Rusiya milli komandasının baş məşqçisi Dik Advokat «Sport-Ekspress» qəzetinə verdiyi müsahibədə azərbaycanlı futbolçu Aleksandr Səmədovu yığmaya çağırması məsələsinə münasibət bildirib. Qol.Az müsahibənin Aleksandr Səmədovla bağlı hissəsini təqdim edir.
- Belə məlumat yayılmışdı ki, siz Səmədova Andorrayla oyunda şans verməklə onun Azərbaycan millisində oynamasının qarşısını alacaqsınız.
- Bu, məntiqlə deyil. Axı, Səmədovu Azərbaycan millisinin dəvəti qəbul etməsinin mümkünlüyü ilə bağlı söhbətlər ən azı yarım il idi dolaşırdı. Belə olan halda, mən onu niyə o vaxt milliyə çağırmırdım?
Səmədova hörmətimi ifadə etməklə yanaşı demək istəyirəm ki, o, Messi deyil. Messi olsaydı, ona iki il əvvəl dəvət göndərərdim.
Ancaq yaxşı ki, mən belə ehtimalları oxumuram və bundan gələn neqativ enerji mənə təsir etmir. Hamı görür ki, mən istisnasız olaraq, öz yolumla gedirəm: təkcə Rusiya millisində deyil, ümumiyyətlə, bütün həyatım boyu. Mən öz hərəkətimə görə cavabdehəm və qərarımı kiminsə təzyiqiylə vermirəm.
Əgər kimsə yenə də düşünürsə ki, Səmədovu mətbuatda tez-tez xatırlanan bu mövzuya görə çağırmışam, qarşılıqlı sual verirəm: onda Bulıkini niyə çağırmadım? Deyilənə görə, onun haqda az eşitməmişəm.
- Səmədov millinin düşərgəsində necə təsir bağışlayır?
- Mən onun potensialına bələdəm. Onu hələ «Lokomotiv» və «Moskva»da oynayan vaxtlarından tanıyıram. Məşqlərdə özünü yaxşı tərəfdən göstərir.
- Andorrayla oyunda ona çox şans verməyi düşünürsünüz?
- Biz axı, əsas vəzifəmizi hələ yerinə yetirməmişik (Rusiya millisinin Avropa çempionatının final mərhələsinə vəsiqə qazanması nəzərdə tutulur - red.). Buna görə də mən heyətdə dəyişiklik aparmağa səbəb görmürəm. Heyətdəki dəyişiklik yalnız məcburi halda - zədəli və ya cəzalı futbolçumuz olarsa - baş verə bilər.
“Yuventus”a keçə bilər
“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”
Finlandiya 7 qolla qələbə qazandı
Pokatilovun oynadığı matçda qalib müəyyənləşmədi
Mbappenin durumu bəlli oldu
Millimizin Litva ilə oyunöncəsi son məşqindən - Şəkillər
Məşqçilərlə mübahisə etdi, yığmadan göndərildi
"Real"dan "Liverpul"a keçə bilər
Sloveniya və Şotlandiya xalları bölüşdü
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
İsraillə oyundan imtina edə bilərlər
“Sabah tam hazır şəkildə meydana çıxacağıq” - Mahir Emreli
“Güclü komandaya qarşı oynayacağıq, amma...” - Ayxan Abbasov
"Klub ən azı Premyer Liqadan kənarlaşdırılmalıdır"
Azərbaycan Qran-prisinin qalibi bəlli oldu
Arda Gülər: “Çox məyusuq”
İlham Əliyev və Mehriban Əliyeva Formula 1-i izləyirlər
Zidan Türkiyə üzərində qələbədən danışdı
Gürcüstan millisinin baş məşqçisi istefa verdi
Bugünkü oyunları yayımlayacaq kanallar
“Liverpul”un yeni idman direktoru məlum oldu
Mbappe Türkiyə ilə oyuna görə narazıdır
Azərbaycan millisindən tarixi nailiyyət
“Fənərbaxça”dan transfer qadağası ilə bağlı açıqlama
Norveç Futbol Federasiyası Haalandı jurnalistlərdən “qorudu”
Lukaku ilə Donnarumma arasında qalmaqal – Video
"Zirə" Çempionlar Liqası ilə vidalaşdı
“Qarabağ”ın qapıçısı oynadı, “Sabah”ın müdafiəçisi izlədi
Türkiyə Fransaya, İtaliya Belçikaya uduzdu
Mikels millidə debütunu qolla qeyd etdi