“Qəbələ” klubunun baş məşqçisi Toni Adams bu gün ad gününü qeyd edir. Qol.Az-a klubun mətbuat xidmətindən verilən məlumata görə, 45 yaşını tamamlayan mütəxəssis həyatında 2-ci dəfə bu şad gününü Qəbələ təmsilçisinin “sükanı arxasında” bayram edir. Futbol əfsanəsinin 45 illik ömrünün böyük hissəsi elə bu idman növünə bağlıdır. Bunun nəticəsidir ki, o, 7 il əvvəl Britaniya İmperiyasının Ordeni ilə təltif olunub.
Adamsın ad günündə onun karyerasını nəzər salmaq maraqlı olardı. İndiki klubu ilə 1 il 4 ay əvvəl 3 illik müqaviləyə imza atan çalışdırıcı zəngin futbolçu karyerasına malikdir. 1966-cı il oktyabrın 10-da İngiltərənin Romford şəhərində anadan olan Adams uzun illər çıxış etdiyi mərkəz müdafiəçisi mövqeyində məşhurlaşıb.
1980-ci ildən London “Arsenal”ı ilə müqavilə bağlayan arxa xətt oyunçusu karyerasını bitirdiyi 2002-ci ilədək də “topçular”a sadiq qalıb. Kluba cəlb olunduğu andan 3 il sonra əsas komandaya keçən futbolçu 19 ildə 669 oyuna 48 qol vurub.
23 il öncə, 1988-ci il yanvarın 1-dən isə, hələ 21 yaş 2 aylıq Adams əsas komandanın kapitanı seçilib. Bu sarğını Kenni Sansomdan alan əfsanə düz 14 il, karyerasının sonunadək London təmsilçisini meydana kapitan kimi çıxarıb. O, bu sarğını 9 il əvvəl digər əfsanə fransalı Patrik Vieyraya verib.
Karyerasında 4 dəfə - 1988/89, 1990/91, 1997/98 və 2001/02-ci illərdə Premyer Liqanın çempionu olan “Arsenal”ın kapitanı 3 fərqli onillikdə bu titula sahib çıxmaqla da rekorda imza atıb.
“Qəbələ”nin baş məşqçisinin karyerasında 1993, 1998 və 2002-ci illərdə İngiltərə kubokunu, 1987 və 1993-cü illərdə Liqa kubokunu, 1991, 1998 və 1999-cu illərdə qazanılan Superkubok da var. Kapitan 1993/94 mövsümündə “Parma” üzərində qələbədən sonra Kuboklar Kubokunun da sevincini yaşayıb. 2000-ci ildə UEFA kubokunun finalında “Qalatasaray”a penaltilər seriyasında uduzmağın acısını yaşayıb.
Azərbaycan futbolu tarixinə ilk ingilis kimi düşən Adams ölkəsinin gənclər və yeniyetmələr yığmalarında, 1987-ci ildən isə əsas millisində çıxış edib. 66 matça 5 qol vurduğu milli ilə 3 dəfə Avropa (1988, 1996, 2000), 1 dəfə dünya (1998) çempionatının final mərhələsində iştirak edən əfsanə 1994-96-cı illərdə, həmçinin yığma karyerasının son aylarında – 2000-ci ilin avqustundan sonunadək milli komandada da kapitan sarğısını daşıyıb. 1996-cı ildə Avropa çempionatında bürünc medal qazanıb.
Futbolçu karyerasını bitirəndən 1 il sonra Adams baş məşqçi fəaliyyətinə start verib. “Uikomb Uonderers” klubunu 2003/04 və 2004/05 mövsümlərində 53 oyuna çıxardıqdan sonra bu komandadan ayrılıb. 2006-cı ilin iyununda “Portsmut”a dəvət olunan mütəxəssis baş məşqçi Harri Rednappın köməkçisi olub. Həmyerlisinin Premyer Liqa təmsilçisindən istefa verməsindən sonra 2008-ci ilin oktyabrından 2009-cu ilin fevralınadək Adams baş məşqçi kimi işlədi. Bu postda 22 matç çalışan Adamsın karyerasında yeni dönəm ötən ilin yayında başlayıb.
Həmin vaxtdan “Qəbələ”də fəaliyyət göstərən mütəxəssis bu müddətdə komandanı 40 çempionat və 3 kubok matçına çıxarıb. 45 yaşını qeyd etdikdən sonra 44-cü matçına - "Kəpəz"lə oyuna çıxacaq. “Qəbələ” öz Premyer Liqa tarixinin ən uzun məğlubiyyətsiz seriyalarına da məhz ingiltərəli çalışdırıcının rəhbərliyi altında imza atıb. Az əvvəl 16 matçlıq seriyası qırılan komanda ötən il də 12 oyunluq yenilməzliklə fərqlənmişdi.
"Qarabağ" "Zirə"yə qarşı
PSJ "İnter Mayami"ni darmadağın etdi
İtaliyadan Türkiyə Superliqasına
"Sabah" Avstriyada ilk oyununu keçirdi
"İmişli" 6 futbolçusu ilə yollarını ayırdı - Rəsmi
"Qarabağ" yeni formalarını Şuşadan təqdim etdi - Şəkillər
Kazemiro gələcəyi ilə bağlı qərarı verdi
Mahir “Kayzerslautern”də növbəti qolunu vurdu
"Liverpul" onun üçün oyunçusunu təklif etdi
"Gyökereş 60+10 milyona satılmayacaq"
"Arsenal" tam razılıq əldə etdi
"Zirə"nin sabiq futbolçusu Çin klubunda
"Kəpəz" iki legioneri ilə müqaviləni uzatdı
Avropa çempionatının ən yaxşısı
"Hazırda bizdə yaxşı gənc futbolçuların sayı çox deyil"
Ağ geyimli “Qarabağ”lıların Xankəndi səfəri - Reportaj
"Əl-Nəsr"də yeni baş məşqçi
"Karvan"da növbəti ayrılıq
"Turan Tovuz" Türkiyəyə gedir - 4 oyun keçiriləcək
Millimizin baş məşqçisindən 0:3 məğlubiyyətinə şərh
"Patrik Andrade bəyəndiyim futbolçu idi" - Elmar Baxşıyev
"Kəpəz" daha bir futbolçu ilə yolları ayırdı
18 aydan sonra futbola qayıdan Poqba ağladı - Video
Növbəti 1/4 finalçı "Çelsi"dir - Dünya çempionatı
İngiltərə millisi Avropa çempionu oldu
"Kəpəz" üç portuqaliyalı ilə vidalaşdı
Joau Feliks Səudiyyə Ərəbistanına yollana bilər
Millimiz böyük hesabla Belarusa uduzdu
"Mançester Yunayted" onün üçün 60 milyon ödəməyə hazırdır
"Monako" Poqbanın transferini açıqladı
Maksim Medvedev “Qarabağ-2”nin baş məşqçisi oldu
"Neftçi"dən daha bir transfer - Rəsmi
Mahir “Kayzerslautern”də ilk oyuna çıxdı və qol vurdu
"Neftçi" növbəti transferini açıqladı
"Kəpəz" üç legioneri ilə yollarını ayırdı - Rəsmi
"Sabah" onu da göndərdi - Rəsmi
"Arsenal"ın kapitanı evləndi - Şəkillər
"Barselona" Messiyə olan son borcunu ödəyir
"Milan"dan getdilər