Hiddink Volkan Dəmirələ əvəzləyici tapdı

Hiddink Volkan Dəmirələ əvəzləyici tapdı
XƏBƏR 10 Oktyabr 2011 / 02:07 1834
-  A +

Almaniya ilə oyunda zədələnərək sıradan çıxan Türkiyə milli komandasının əsas qapıçısı Volkan Dəmirələ əvəzləyici tapılıb.

Qol.Az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, "ay-ulduzlular"ın baş məşqçisi Quus Hiddink oktyabrın 11-də millimizlə keçiriləcək oyunda digər qapıçı Sinan Bolata şans verəcək. 

Hiddinkin daha öncə "Fənərbaxça"nın ikinci qapıçısı Mert Günoka üstünlük verəcəyi bildirilsə də təcrübəli mütəxəssis son anda Belçikanın "Standart" klubunun qolkiperi Sinan Bolatı seçib.

Qeyd edək ki, Volkanın zədələnməsindən sonra Türkiyə millisinin düşərgəsinə 3 qapıçı - Sinan Bolat, Mert Günok və Hakan Arıkan çağırılmışdı.


Son xəbərlər
28.06.25  14:51

"Milan"dan getdilər