"İnter" I Divizion təmsilçisinə qalib gəldi

"İnter" I Divizion təmsilçisinə qalib gəldi
XƏBƏR 10 Oktyabr 2011 / 00:01 1518
-  A +

Premyer Liqada yaranmış fasilə ilə əlaqədar olaraq Bakının "İnter" klubu yoldaşlıq matçı keçirib.

Qol.Az-ın klubun rəsmi saytına istinadən veridiyi məlumata görə, "Şuşa" komandası ilə keçirilən oyunda baş məşqçi Kaxaber Sxadadze əsasən əvəzedici heyətin oyunçularına şans verib.

"Şəfa" stadionunda baş tutan qarşılaşma 1:0 hesabı ilə "İnter"in xeyrinə başa çatıb. Oyunda yeganə qolu isə Elnur Abdulov vurub.


Dünya Çempionatı 2026
Son xəbərlər
topaz banner