"Real"da hər kəs Nuri Şahinin tezliklə sağalmasını gözləyir"

"Real"da hər kəs Nuri Şahinin tezliklə sağalmasını gözləyir"
XƏBƏR 9 Oktyabr 2011 / 00:42 1821
-  A +

"Real" (Madrid) klubunun yarımmüdafiəçisi Xavi Alonso türkiyəli komanda yoldaşı Nuri Şahinin bir an tez sağalmasını istədiyini bildirib.

Qol.Az-ın məlumatına görə, Alonso artıq "Real"da hər kəsin Nurinin tezliklə sağalmasını gözlədiyini vurğulayıb:

"Nuri çox istedadlı futbolçudur. Sol ayağını yaxşı işlədir. Üstəlik sürətli oynamağı sevən oyunçudur. O, komandaya uyğunlaşmaq üçün əlindən gələni edir.

Artıq "Real"da hər kəs onun tezliklə sağalmasını səbirsizliklə gözləyir. Onun komandaya qoşulması ilə daha da güclü olacağıq. Hazırda "Barselona" bizdən zirvədə qərarlaşıb. Lakin mövsümün sonunda nələr olacağını söyləmək çətindir".  


Son xəbərlər