Türkiyə - Azərbaycan matçı öncəsi meydana ilk jurnalistlər çıxacaq

Türkiyə - Azərbaycan matçı öncəsi meydana ilk jurnalistlər çıxacaq
XƏBƏR 9 Oktyabr 2011 / 00:01 1378
-  A +

Avro-2012-nin seçmə mərhələsi çərçivəsində oktyabrın 11-də "Türk Telekom Arena"da keçiriləcək Türkiyə – Azərbaycan oyunundan bir qədər əvvəl daha bir qarşılaşma təşkil olunacaq.

Qol.Az-ın məlumatına görə, AFFA-nın dəstəyi ilə Türkiyə İdman Yazarları Dərnəyinin meydançasında Türkiyə və Azərbaycanın mətbuat nümayəndələri arasında yoldaşlıq oyunu keçiriləcək.

Yoldaşlıq görüşünün keçirilməsində əsas məqsəd hər iki ölkənin jurnalistləri arasında qarşılıqı əməkdaşlığın möhkəmləndirilməsidir.


Son xəbərlər