“Futboldakı məğlubiyyətlərin günahı heç də AFFA-da deyil. Azərbaycan futbolçuları biraz pullaşan kimi qaçıb özlərinə bahalı maşın alırlar, dəbdəbəli həyat sürürlər. Ancaq peşəkar idmançı yalnız karyerasını bitirəndən sonra belə şeylər haqqında düşünməlidir. Axşam vurduğumuz yeganə qolu da “Qarabağ”ın komandada olan futbolçuları sayəsində qazandıq. Dünənki oyun haqqında yalnız bir sözü demək olar. Ölüm bundan yaxşı idi”.
Bu sözləri “Qafqazinfo”ya açıqlamasında Milli Məclisin deputatı Adil Əliyev dünən baş tutan Avstriya-Azərbaycan oyununun nəticələrini şərh edərkən bildirib. Millət vəkili dünən bizə üçqat zərbə dəydiyini deyib. Onun sözlərinə görə, birinci zərbə Azərbaycan millisinin biabırçı məğlubiyyəti, ikinci zərbə Türkiyənin uduzması, üçüncü zərbə isə Ermənistanın millisinin qələbə qazanaraq "pley-off"a yaxınlaşması olub.
A.Əliyev Azərbaycanın futbolda böyük uğur qaza bilməməsinin bir neçə səbəbini də açıqlayıb: “Bu oyundan sonra baş məşqçi məsələsi yenidən gündəmə gələcək. Ancaq Foqts yox, Azərbaycan yığmasına sehrbaz da baş məşqçi gətirilsə mümkün deyil. Baş məşqçinin kimlyi və hansı millətdən olmasının önəmi yoxdur. Bizdə məğlubiyyətin bir neçə özəl səbəbi var. İlk növbədə işləməyə gələn baş məşqçi federasiyanın köləsinə çevrilməməlidir. Bu şəxsin federasiya qarşısında tələbləri, standartları olmalıdır. Həmin tələblərin yerinə yetirilməsinə nail olmalıdır. Yoxsa, gəlib kiminsə tapşırığı və ya sifarişi ilə oyuna futbolçu buraxacaqsa, onda heç nə qazana bilməyəcək. Düşünürəm ki, qısaca bir neçə cümlə ilə ifadə etdiyim səbəblər haqqında ciddi düşünməyə dəyər. Biz nə istəyirik? Əlbəttə ki, uğur. Bu qədər şəraitin, imkanın qarşısında niyə dünya arenasına çıxmamalıyıq? Yəni sadaladığım bu bir iki ciddi səbəbi aradan qaldırmaq o qədərmi çətin işdir? Hər kəs addım atanda Azərbaycanın adını, onun güclənməsini düşünsə heç vaxt belə axmaq situasiyalara düşmərik. "Pley-off"a düşməyə yaxınlaşan Ermənistanın heç nəyi yoxdur, amma qələbə qazandılar. Bir şeyi ki, biz edə bilərik, bu bizim əlimizdədir, niyə məsəlin düyünə salmalıyıq axı? Yenə də deyirəm ki, baş məşqçinin kim olacağından asılı olmayaraq ona işləmək üçün şərait yaradılmalıdır, heç bir maneə törədilməməlidir. Bunu etsinlər, uğuru da görəcəklər...”
Ronaldonun komanda yoldaşı klubdan getdi
“Şamaxı” Qətər klubu ilə qarşılaşacaq
FİFA mundialın final topunu təqdim etdi - Şəkil
Portuqaliya - İspaniya: Heyətlər
"Neftçi" Serbiya klubuna uduzdu
Lukaku Türkiyə klubuna keçə bilər
PSJ-nin qapıçısı Portuqaliya klubuna keçdi
"Qərar hansı əsasla ləğv edildi?" - Tomas Tuxel
"Milan"ın oyunçusu sıradan çıxdı
Millinin baş məşqçisindən rəqib oyunçuya qeyri-etik ifadə
"Sumqayıt"ın rəqibləri bilindi
"Üzərimizdə böyük məsuliyyət var" - Valdas Dambrauskas
Arne Slot Niderland millisinin baş məşqçisi ola bilər
Musiala əməliyyat olundu
Felipe Luisin təyinatı açıqlandı - Rəsmi
15 gün əvvəl müqaviləni yenilədiyi "Qəbələ"dən ayrıldı
“Zirə”nin rəqibindən transfer
“Kamilo Duranın transfer danışıqlarında irəliləyiş var”
Azərbaycanlı hakimə UEFA-dan növbəti təyinat
Premyer Liqa klubunda yeni baş məşqçi
“Tottenhem” tarixinin ən bahalı transferi oldu
“Zirə” - “Torpedo” oyununun biletləri satışa çıxarılır
TNS-in baş məşqçisindən "Sabah" haqda - Açıqlama
Norveç şahzadəsi Haalandla görüşdü
Belçika Futbol Assosiasiyası FİFA-nın qərarından şoka düşüb
Azərbaycandan getdi, Tayland klubuna keçdi
"Futboldan başı çıxmayan iki adam..." - Kloppdan sərt sözlər
Keyn mundiallar tarixinə belə düşdü
Seneqal millisinin liderləri arasında münaqişə
Azərbaycan klublarının avrokuboklar mövsümü başlayır