Voleybolçu qadınlardan ibarət “Rabitə” Azərbaycan komandaları arasında ilk dəfə klublararası dünya çempionatına qatılıb.
Qol.Az-ın məlumatına görə, bu məqsədlə ölkə çempionumuz Qətərə yollanıb. Serbiyalı olimpiya çempionu Zoran Gariçin rəhbərliyi altında keçirilən məşqə komanda üzvləri tam heyətlə çıxıblar. Son Avropa çempionatında qızıl medal qazanan Serbiya yığmasının və “Rabitə” komandasının üzvləri - orta sahə oyunçusu Nataşa Krsmanoviç və libero Silviya Popoviç komandaya Qətərdə qoşulublar.
Oktyrabrın 8-dən 14-dək davam edəcək klublarası dünya çempionatında “Rabitə”nin ilk rəqibi Asiya Çempionu “Çanq” (Tailand) komandasıdır. İlk oyuna oktyabrın 11-də çıxacaq komandamız yarımfinala vəsiqə qazanacağı halda ardıcıl 4 gün oyun keçirməli olacaq. Bu cür ağır qrafik yalnız Azərbaycan təmsilçisinin payına düşüb.
“Rabitə”nin baş məşqçisi Zoran Qayiç ilkin məqsədlərini açıqlayıb: “Ən yüksək ada sahib olan klub turnirində iştirak üçün Dohaya gəlmişik. Bu turnirdə iştirak edən komandaların hər biri öz qitələrinin ən yaxşı komandalarıdır. Əlbəttə, bütün oyunların gərgin mübarizə şəraitində keçəcəyini təxmin etmək elə də çətin deyil. Bizim ilk məqsədimiz bu mötəbər turnirin finalına yüksəlməkdir.
Bundan sonra isə bir addım qalır ki, o barədə yalnız həmin vaxt danişa bilərik. Komandada əhval-ruhiyyə olduqca yüksək səviyyədədir. İnanırıq ki, bunun bəhrəsini görəcəyik və Azərbaycan xalqına çoxlu sevinc yaşadacağıq. Turnirin texniki cəhətdən təşkilatçılığı da yaxşı səviyyədədir. Hələ ki, heç bir çətinlik çəkmədik, amma oyun qrafikimizin belə çətin olması bizim məsuliyyətimizi daha da artırır”.
Komandamızın kapitanı Natalya Məmmədova da fikirlərini bölüşüb: “Bura gələnə kimi çox çətin sınaqlardan keçdik, buradakı yerimizi də öz zəhmətimizlə qazanmışıq. Çox nüfuzlu bir turnirdə oynayacağıq. İnanıram ki, son nəticədə azarkeşlərimizi sevindirməyi bacaracağıq”.
Ronaldonun komanda yoldaşı klubdan getdi
“Şamaxı” Qətər klubu ilə qarşılaşacaq
FİFA mundialın final topunu təqdim etdi - Şəkil
Portuqaliya - İspaniya: Heyətlər
"Neftçi" Serbiya klubuna uduzdu
Lukaku Türkiyə klubuna keçə bilər
PSJ-nin qapıçısı Portuqaliya klubuna keçdi
"Qərar hansı əsasla ləğv edildi?" - Tomas Tuxel
"Milan"ın oyunçusu sıradan çıxdı
Millinin baş məşqçisindən rəqib oyunçuya qeyri-etik ifadə
"Sumqayıt"ın rəqibləri bilindi
"Üzərimizdə böyük məsuliyyət var" - Valdas Dambrauskas
Arne Slot Niderland millisinin baş məşqçisi ola bilər
Musiala əməliyyat olundu
Felipe Luisin təyinatı açıqlandı - Rəsmi
15 gün əvvəl müqaviləni yenilədiyi "Qəbələ"dən ayrıldı
“Zirə”nin rəqibindən transfer
“Kamilo Duranın transfer danışıqlarında irəliləyiş var”
Azərbaycanlı hakimə UEFA-dan növbəti təyinat
Premyer Liqa klubunda yeni baş məşqçi
“Tottenhem” tarixinin ən bahalı transferi oldu
“Zirə” - “Torpedo” oyununun biletləri satışa çıxarılır
TNS-in baş məşqçisindən "Sabah" haqda - Açıqlama
Norveç şahzadəsi Haalandla görüşdü
Belçika Futbol Assosiasiyası FİFA-nın qərarından şoka düşüb
Azərbaycandan getdi, Tayland klubuna keçdi
"Futboldan başı çıxmayan iki adam..." - Kloppdan sərt sözlər
Keyn mundiallar tarixinə belə düşdü
Seneqal millisinin liderləri arasında münaqişə
Azərbaycan klublarının avrokuboklar mövsümü başlayır