Ağdamın "Qarabağ" klubu "Rəvan"la oyunun hazırlıqlarını davam etdirir. Qol.Az-ın məlumatına görə, komanda milli oyunlar səbəbindən tam heyətlə çalışa bilməsə də, Albaniya yığmasının heyətində son oyununda qırmızı vərəqə alaraq cəzalı duruma düşən Ansi Aqolli artıq Bakıya qayıdıb və komandayla məşqlərə çıxıb.
Azərbaycana gələn ən uğurlu legionerlərdən sayılan 29 yaşlı sol cinah müdafiəçisi stabilliyi ilə yanaşı, daim hücumlara qoşulmağı ilə yadda qalır. Ansi "Turan"la baş tutan sonuncu oyunda "Qarabağ"ın 2-ci qolunu vuraraq Premyer Liqada qol hesabını açıb.
Albaniyalı futbolçu klubun rəsmi saytına verdiyi açıqlamada ilk olaraq bunu dəyərləndirib: "Hə, hücumlara qoşulmağı sevirəm. Bilirdim ki, əvvəl-axır qol vuracaqdım. Ötən mövsüm səhv etmirəmsə 5 qol ötürməsi vermişdim. "Qarabağ"ın oyun üslubu elədir ki, daim hücuma dəstək verirəm. Topla daha çox davranırıq. İnanıram ki, bu, vuracağım sonuncu qol olmayacaq. Meydan düz olanda biz daha yaxşı oynayırıq. Getdikcə, daha yaxşı oynayacağımıza inanıram".
Ansi Premyerliqada hədəfləri və rəqiblər haqda da danışıb: "Təbii ki, maksimalist olaraq çempionluq istəyirəm. Komandamızın buna qadir olduğuna əminəm. Sadəcə, hər oyuna final matçı kimi baxmalıyıq. Xüsusilə, milli oyunlardan sonrakı periodu yaxşı dəyərləndirməliyik. Çox vaxt həmin matçlardan sonra xal itiririk. Bəxt amili də vacibdir. Xal itirdiyimiz "Qəbələ", "Xəzər Lənkəran" və "Sumqayıt Şəhər"lə oyunlarda rəqibdən daha yaxşı təsir bağışlamışdıq.
Sadəcə, şanssızlıqla üzləşdik. Çempionluğa əsas namizədə gəlincə, "Xəzər Lənkəran" bu gün lider mövqeyində qərarlaşıbsa, demək onlar hər kəsdən öndədirlər. Amma keçən il daha gerilərdən gəlib rəqibi yaxalamışdıq. Ona görə də "Qarabağ" olaraq yenə də zirvəyə qalxa bilərik. Zənnimcə, qızıl medallar uğrunda əsas rəqiblərimiz "Xəzər Lənkəran" və "Neftçi"dir. Amma digər oyunlara da eyni konsentrasiya ilə yanaşmasaq, əsas rəqibləri fikirləşməyin mənası yoxdur".
“Yuventus”a keçə bilər
“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”
Finlandiya 7 qolla qələbə qazandı
Pokatilovun oynadığı matçda qalib müəyyənləşmədi
Mbappenin durumu bəlli oldu
Millimizin Litva ilə oyunöncəsi son məşqindən - Şəkillər
Məşqçilərlə mübahisə etdi, yığmadan göndərildi
"Real"dan "Liverpul"a keçə bilər
Sloveniya və Şotlandiya xalları bölüşdü
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
İsraillə oyundan imtina edə bilərlər
“Sabah tam hazır şəkildə meydana çıxacağıq” - Mahir Emreli
“Güclü komandaya qarşı oynayacağıq, amma...” - Ayxan Abbasov
"Klub ən azı Premyer Liqadan kənarlaşdırılmalıdır"
Azərbaycan Qran-prisinin qalibi bəlli oldu
Arda Gülər: “Çox məyusuq”
İlham Əliyev və Mehriban Əliyeva Formula 1-i izləyirlər
Zidan Türkiyə üzərində qələbədən danışdı
Gürcüstan millisinin baş məşqçisi istefa verdi
Bugünkü oyunları yayımlayacaq kanallar
“Liverpul”un yeni idman direktoru məlum oldu
Mbappe Türkiyə ilə oyuna görə narazıdır
Azərbaycan millisindən tarixi nailiyyət
“Fənərbaxça”dan transfer qadağası ilə bağlı açıqlama
Norveç Futbol Federasiyası Haalandı jurnalistlərdən “qorudu”
Lukaku ilə Donnarumma arasında qalmaqal – Video
"Zirə" Çempionlar Liqası ilə vidalaşdı
“Qarabağ”ın qapıçısı oynadı, “Sabah”ın müdafiəçisi izlədi
Türkiyə Fransaya, İtaliya Belçikaya uduzdu
Mikels millidə debütunu qolla qeyd etdi