Dünyanın sabiq 1 nömrəli tennisçisi Dinara Safina idmançı karyerasını başa vurmağı qərara alıb. Qol.Az-ın məlumatına görə, bu barədə Dinaranın məşhur tennisçi qardaşı Marat Safin “R-Sport”a açıqlama verib.
Safina sonuncu dəfə mayda İspaniyanın Marbelye şəhərindəki turnirə qatılıb. O, turnirin ¼ finalında çiynində ağrılar hiss etdiyi üçün mübarizəni davam etdirməyib. 25 yaşlı tennisçi 2011-ci ildə bundan başqa yarışda iştirak etməyib. Bu həftənin əvvəlində Safina alman klinikalarının birində müayinədən keçib.
Qardaşının sözlərinə görə, Dinaranın səhhətində ciddi problem yoxdur, amma idmanla məşğul ola bilməz. Çiynindəki xroniki zədə üzündən Maratın bacısı karyerasını başa vurmalı olub. Ona şərhçilik təklif etsələr də, əmək haqqının aşağı məbləğdə olduğunu bildirərək razılıq verməyib.
Qeyd edək ki, Dinara Safina 2008-ci il Pekin Yay Olimpiya Oyunlarının, eləcə də “Böyük dəbilqə” seriyalı turnirlərin 3 qat finalçısıdır. O, Qadın Tennisçilər Assosiasiyasının (WTA) turnirlərində 12 dəfə qalib adını qazanıb. Safina 2009-cu il aprelin 20-də açıqlanmış WTA reytinqində 1-ci olub.
“Yuventus”a keçə bilər
“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”
Finlandiya 7 qolla qələbə qazandı
Pokatilovun oynadığı matçda qalib müəyyənləşmədi
Mbappenin durumu bəlli oldu
Millimizin Litva ilə oyunöncəsi son məşqindən - Şəkillər
Məşqçilərlə mübahisə etdi, yığmadan göndərildi
"Real"dan "Liverpul"a keçə bilər
Sloveniya və Şotlandiya xalları bölüşdü
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
İsraillə oyundan imtina edə bilərlər
“Sabah tam hazır şəkildə meydana çıxacağıq” - Mahir Emreli
“Güclü komandaya qarşı oynayacağıq, amma...” - Ayxan Abbasov
"Klub ən azı Premyer Liqadan kənarlaşdırılmalıdır"
Azərbaycan Qran-prisinin qalibi bəlli oldu
Arda Gülər: “Çox məyusuq”
İlham Əliyev və Mehriban Əliyeva Formula 1-i izləyirlər
Zidan Türkiyə üzərində qələbədən danışdı
Gürcüstan millisinin baş məşqçisi istefa verdi
Bugünkü oyunları yayımlayacaq kanallar
“Liverpul”un yeni idman direktoru məlum oldu
Mbappe Türkiyə ilə oyuna görə narazıdır
Azərbaycan millisindən tarixi nailiyyət
“Fənərbaxça”dan transfer qadağası ilə bağlı açıqlama
Norveç Futbol Federasiyası Haalandı jurnalistlərdən “qorudu”
Lukaku ilə Donnarumma arasında qalmaqal – Video
"Zirə" Çempionlar Liqası ilə vidalaşdı
“Qarabağ”ın qapıçısı oynadı, “Sabah”ın müdafiəçisi izlədi
Türkiyə Fransaya, İtaliya Belçikaya uduzdu
Mikels millidə debütunu qolla qeyd etdi