Millimizin üzvü: “O zaman özümüzə inam daha da artdı”

Millimizin üzvü: “O zaman özümüzə inam daha da artdı”
XƏBƏR 7 Oktyabr 2011 / 18:12 1488
-  A +

“Oyun çox ağır keçdi, mən bütün matçı sağ cinah yarımmüdafiəçisi mövqeyində keçirdim. Qeyd edim ki, isveçlilər fiziki planda çox güclüdürlər, bundan başqa, skandinaviyalıların əlavə üstünlükləri onların evdə oynamalarında və azarkeşlərinin çılğın dəstəkləmələrindəydi”.

Qol.Az-ın məlumatına görə, bu sözləri 19 yaşadək milli komandamızın və “İnter”in yarımmüdafiəçisi Ramil Mansurov klubun rəsmi saytına açıqlamasında deyib.

Dünən Avropa çempionatının seçmə mərhələsi çərçivəsində ilk oyununu səfərdə İsveç kollektivinə qarşı keçirən yığmamız həmin görüşdə qələbə qazanıb. Skandinaviya təmsiliçisinə qarşı oyunda meydanda olan Mansurov matçla bağlı təəssüratlarını bölüşüb:

“Biz qol vurduq, ancaq qol buraxa da bilərdik. Matçın sonunda hesabı açmaq bizə müyəssər oldu və o zaman özümüzə inam daha da artdı. Uşaqlar böyük fədakarlıq nümayiş etdirdilər, futbolçularımız hər top uğrunda mübariz apardılar və sonadək oynadılar. Çox şadam ki, çıxışımıza qələbəylə başlamağı bacardıq, ümid edirəm ki, növbəti matçlar da bizim üçün uğurlu olacaq”.

Daha çox


Son xəbərlər