Badri Kvaratsxeliya: "Heç-heçə hər iki tərəfi qane edir"

XƏBƏR 22 Mart 2009 / 20:11 2621
-  A +

"Oyun çox maraqlı alındı. Çünki hər iki komanda bu gün açıq futbola üstünlük verirdi". Qol.Az-ın məlumatına görə, bu sözləri "Olimpik"lə oyunsonrası mətbuat konfransında "Standard"ın baş məşqçisi Badri Kvaratsxeliya deyib. Gürcü məşqçi oyunun nəticəsini ədalətli hesab edir: "Hər iki tərəfin fərqlənmək üçün bir neçə qol şansı oldu. Lakin komandalardan heç biri bu şanslardan istifadə edə bilmədi. Buna görə də hesab edirəm ki, oyunun nəticəsi elə heç-heçə olmalıydı. Fikrimcə bu nəticə hər iki tərəfi qane edir".   

Son xəbərlər
05.06.25  21:59

"Yuventus"dan ayrıldı

05.06.25  20:50

"Şamaxı"da ayrılıq

05.06.25  15:55

"Arsenal"dan "Latiso"ya