Ramin Musayev: “Bilirəm ki, bu gün sevinəcəyik”

XƏBƏR 7 Oktyabr 2011 / 15:17 1293
-  A +

Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev milli komandamızın Avro-2012-nin seçmə mərhələsi çərçivəsində bu gün Avstriya kollektivi ilə keçirəcəyi oyun barədə fikirlərini bölüşüb.

Musayev Qol.Az-ın müxbiri ilə söhbətində bugünkü qarşılaşmada yığmamızın qələbə qazanacağına inandığını bildirib:

“İnşallah, bilirəm ki, bu gün sevinəcəyik. Mən inanıram ki, bizim uşaqlar Belçika ilə heç-heçə və Qazaxıstan üzərindəki qələbədən sonra azarkeşlərimizi növbəti dəfə sevindirməlidirlər. İnşallah, futbolçularımız bunu bacaracaqlar”.

PFL prezidenti oktyabrın 11-də İstanbulda Türkiyə millisi ilə keçiriləcək oyun barədə isə hələlik danışmağın tez olduğunu bildirib. Musayev bu barədə fikirlərini Avstriya ilə görüşdən sonra bildirəcəyini söyləyib:
“Bu barədə danışmaq hələ tezdir. Bu oyunu yola verək, ondan sonra Türkiyə ilə oynayacağımız matç barəsində danışa bilərik”.

Son xəbərlər
05.05.24  13:19

Messidən MLS rekordu