“Almaniya və Azərbaycanı məğlub etməklə, “play-off”a vəsiqə qazanmaq istəyirik”

“Almaniya və Azərbaycanı məğlub etməklə, “play-off”a vəsiqə qazanmaq istəyirik”
XƏBƏR 7 Oktyabr 2011 / 14:50 1206
-  A +

Türkiyə millisinin aparıcı oyunçularından Umut Bulut komandasının Avro-2012-nin seçmə mərhələsinin Almaniya və Azərbaycan kollektivləri ilə oyunlarıöncəsi iddialı açıqlamalar verib.

Qol.Az-ın məlumatına görə, hazırda karyerasını Fransanın “Tuluza” klubunda davam etdirən 28 yaşlı hücumçu qarşıdakı matçlarda ancaq qələbə qazanmaq istədiklərini bildirib. Bulut Avro-2012-nin final mərhələsinə qatılmaq arzusunda olduqlarını söyləyib:

“Almaniya və Azərbaycanı məğlub etməklə, “play-off” mərhələsinə vəsiqə qazanmaq istəyirik. Bundan sonra isə mən və bütün komanda yoldaşlarımın arzusudur ki, Türkiyə millisi Avro-2012-ni final mərhələsində çıxış etsin”.

Təcrübəli futbolçu Məsut Özilin bu gün ilk dəfə Türkiyədə yerli azarkeşlər önündə türklərə qarşı oynayacağına da münasibət bildirib: “Məsutun damarlarında türk qanı axsa da, o, Almaniyanı seçdi. Ancaq onun bu qərarına hörmətlə yanaşıram. Avropanın ən güclü klublarından olan “Real”da çıxış etdiyi üçün bir türk kimi onunla qürur duyuram. Hər zaman uğur qazanmasını istəyirəm. Nəticədə o da bizim kimi bir türkdür”.

Daha çox


Son xəbərlər