“Bakıdan mütləq qələbə ilə qayıtmalıyıq”

“Bakıdan mütləq qələbə ilə qayıtmalıyıq”
XƏBƏR 7 Oktyabr 2011 / 14:32 1222
-  A +

“Əsas hədəfimiz Azərbaycan üzərində qələbə qazanmaq və qrupda dördüncü yerdə möhkəmlənməkdir”.

Qol.Az-ın məlumatına görə, bu sözləri millimizlə oyunöncəsi Avstriya yığmasının yarımmüdafiəçisi Vəli Kavlak deyib. Hazırda 8 xalla turnir cədvəlinin 4-cü pilləsində qərarlaşan avstriyalılar bugünkü oyuna ciddi hazırlaşıblar. Çünki rəqib bu görüşdə də məğlub olsa, 4-cü pillədəki yerini komandamıza təhvil verəcək.

Ona görə də Türkiyə “Beşiktaş”ının şərəfini qoruyan avstriyalı futbolçu Bakıdan qələbə ilə ayrılmağın vacibliyini qeyd edib: “Onsuz da bu tsikl bizim üçün uğursuz alınıb. Uduzsaq, ümumiyyətlə beşinci pilləyə düşmək qorxusu var. Bu üzdən də Bakıdan mütləq qələbə ilə qayıtmalıyıq”.

Son xəbərlər
05.05.24  13:19

Messidən MLS rekordu