Türklər millimizlə oyuna rahat çıxmaq istəyirlər

Türklər millimizlə oyuna rahat çıxmaq istəyirlər
XƏBƏR 7 Oktyabr 2011 / 13:50 1100
-  A +

“Almaniya ilə oyunda bizə 1 xal da bəs edir. Ancaq bu rəqiblə matçda meydana yalnız qələbə üçün çıxacağıq”.

Qol.Az-ın məlumatına görə, bu sözləri Türkiyə yığmasının məşqçisi Oğuz Çətin deyib. Avro-2012-in seçmə mərhələsində bu gün Almaniya yığması ilə İstanbulda vacib görüşə çıxacaq “ay-ulduzlular” oktyabrın 11-də Azərbaycan millisini qəbul edəcək. Çətin həmin matça rahat çıxmaq istədiklərini bildirib:

“Qrupda 2-ci pillə uğrunda mübarizədə üstünlüyə malikik. Ancaq bu yeri itirməyimiz riski hələ də var. Almaniya ilə oyundan ən az 1 xal almağımız gərəkdir. Bu xal Azərbaycan qarşısına daha rahat çıxmağımıza imkan verəcək”.

Son xəbərlər