Məcidov da finalda

Məcidov da finalda
XƏBƏR 7 Oktyabr 2011 / 21:32 2679
-  A +

Bakıda davam edən boks üzrə dünya çempionatında bu gün yarım final mərhələsinin görüşlərinə start verilib. Qol.Az-ın məlumatına görə, Teymur Məmmədov və Məhəmmədrəsul Məcidov finala çıxmaq üçün həlledici döyüşlərini keçirib.

Dünya çempionatına inamlı başlayan Teymuru indi qızıl medaldan cəmi bir görüş ayırır. 91 kq çəki dərəcəsində mübarizə aparan idmçanımız çinli Xuanxuan Vanqı da məğlub etməklə, adını finala yazdırıb. Məmmədov finalda Aleksnadr Usiklə (Ukrayna) qarşılaşacaq.

Çəkisi 91 kq-dan çox olan boksçuların yarışında isə qızıl medal ümidimiz Məhəmmədrəsul Məcidov yarımfinal döyüşündə qazaxıstanlı İvan Diçko üz-üzə gəlib. Üç raundun nəticəsinə görə rəqibinə qalib gələn Məcidov adını finala yazdırıb. İdmançımız həlledici mərhələdə Antoni Josua (İngiltərə) – Erik Pfeyfer (Almaniya) cütünün qalibi ilə görüşəcək.

Qeyd edək ki, sabah başa çatacaq dünya çempionatına 9 boksçu ilə qatılan milli komandamız London olimpiadasına 4 lisenziya qazanıb. Məmmədov və Məcidovdan başqa, Elvin Məmişzadə (52 kq) və Heybətulla Hacəliyev (64 kq) də ¼ finala çıxmaqla, bunun öhdəsindən gəliblər.

Son xəbərlər