Avstriya mətbuatı: “Azərbaycan yığması – təhlükəli zəif”

XƏBƏR 6 Oktyabr 2011 / 17:45 2200
-  A +

Avro-2012-nin seçmə mərhələsində millimizlə sabahkı oyun Avstriya mətbuatının da başlıca mövzusudur.

Qol.Az-ın məlumatına görə, rəqib ölkənin mətbuat orqanlarından biri sabahkı matçla bağlı yazı dərc edib. Yazıda millimizdən bəhs edən jurnalist komandamızı “təhlükəli zəif” adlandırıb.

Avstriyalı həmkarımız yığmamızın zəif olduğunu yazsa da, onun doğma meydanda kifayət qədər inamlı təsir bağışladığını bildiririb. Buna sübut kimi isə Türkiyə və Qazaxıstan üzərində qələbələr, eyni zamanda Belçika ilə heç-heçə göstərilib.

Yazıda Avstriya millisinin DÇ-2006-nın seçmə mərhələsinin yığmamızla Bakıdakı görüşü də xatırlanıb. Qeyd edək ki, həmin vaxt Vaqif Sadıqovun başçılıq etdiyi komandamız doğma meydanda Avstriya kolektivi ilə heç-heçə edərək rəqibdən xal almış və onlara final mərhələsinə gedən yolda ağır zərbə vurmuşdu.

Daha çox


Son xəbərlər