Anelka bu dəfə rusların hədəfində

Anelka bu dəfə rusların hədəfində
XƏBƏR 6 Oktyabr 2011 / 17:32 1605
-  A +

"Çelsi" klubunun fransalı hücumçusu Nikolya Anelka karyerasını Rusiya Premyer Liqasında davam etdirə bilər.

Qol.Az-ın məlumatına görə, Rusiyanın "Terek" (Qroznı) klubu Anelkaya "elçi" düşüb. 
 
Qroznı təmsilçisi qış transfer pəncərəsi dönəmində "Çelsi"dən ayrılacağı gözlənilən Anelkanı transfer etməkdə maraqlıdır. 

33 yaşlı təcrübəli futbolçunun da "Çelsi"dən ayrılmaq istədiyi bildirilir. Bu isə "Terek"in şanslarını artırır.

Qeyd edək ki, 2008-ci ildən "Çelsi"nin şərəfini qoruyan Anelka keçirdiyi 123 oyunda 59 dəfə fərqlənib.

Daha çox


Son xəbərlər